Bakıda “Prius” 18 yaşlı qızı xəstəxanalıq etdi

29 Noyabr 2023 07:43

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Toyota Prius" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Mikayılova Aydan Aydın qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az