Rus əsgərləri Ukrayna mövqelərinə daxil oldu, lakin...

28 Noyabr 2023 23:24

Rusiya hərbçiləri Ukrayna mövqelərinə daxil olublar, lakin Ukrayna əsgərləri hücumları dəf edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, Ukrayna hərbçiləri Dneprin sol sahilində, Xerson vilayətində mövqelərini saxlamaqda və düşmənə atəş zərbələri endirməkdə davam edirlər:

"Ukraynanın şərqində və cənubunda vəziyyət ağır olaraq qalır. Gün ərzində cəbhədə 56 hərbi toqquşma baş verib".

Milli.Az