Məşhur aktyor infarkt keçirdi: Reanimasiyaya yerləşdirildi - FOTO

28 Noyabr 2023 22:49

Rusiyalı tanınmış aktyor və ifaçı Mixail Boyarski ürək tutması ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

Məlumata görə, dünən halı pisləşən sənətçi Mariinski xəstəxanasına aparılıb. Hazırda həkimlər onun vəziyyətini stabilləşdirərək reanimasiyadan adi palataya keçiriblər.

Milli.Az