Sara Mahmudpur bu dəfə “Sənə qurban”ı oxudu - VİDEO

28 Noyabr 2023 22:18

Cənubi Azərbaycanın "Nabat" qrupu sözləri Mikayıl Müşfiqin, musiqisi isə Ələkbər Tağıyevin olan məşhur Azərbaycan mahnısı "Sənə qurban"ı səsləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı və ifanın görüntülərini qrupun solisti Sara Mahmudpur öz instaqram hesabında paylaşıb.

İfa sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, qrup əsas olaraq Azərbaycan mahnılarını səsləndirir.

Milli.Az