Heyvanı vurmasın deyə "Mercedes"i aşırdı: yaralılar var

28 Noyabr 2023 21:57

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az