Milli mücadilə bayrağı Təbriz küçələrində - FOTO

28 Noyabr 2023 21:30

Təbrizdə üzərinə "Düşüncəmizin adı: Yürüş" şüarı yazılan Güney Azərbaycanın milli mücadilə bayrağı divarlara vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a güneyli milli fəallar məlumat verib.

Məlumata görə, bayraq tanınmış milli-mədəni fəal Yürüş Mehrəlibəyli və başqa fəalların uzunmüddətli həbsi ilə əlaqədar keçirilən aksiyalar çərçivəsində Təbriz küçələrinin divarlarına, o cümlədən, ictimai nəqliyyat vasitələrinin oturacaqlarına yapışdırılır.

Sözügedən fəalların uzun müddətdir azadlığa buraxılmaması və onlara işgəncə verilməsi səbəbindən Güney Azərbaycan şəhərlərində etirazlar hələ də davam edir.

Milli.Az