Zaqatalada şizofren xəstəsi 77 yaşlı babasını bıçaqladı - Xəstəxanadan SON XƏBƏR gəldi - YENİLƏNİB

28 Noyabr 2023 23:55

Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Y. İbrahimovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

-------

20:47

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Bu gün saat 15:30-da Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun