Qəzaya düşən maşın mağazaya girdi - FOTO

28 Noyabr 2023 17:42

Bu gün Mingəçevir şəhərində qeyri-adi yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azdress qəsəbəsində "Hyundai Santafe" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra sürücünün idarəetməsindən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qapı-pəncərə mağazasına daxil olub.

İlkin məlumata görə, hadisə yerində bir uşaq xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun