Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçildi

28 Noyabr 2023 17:27

"Kanal 13" internet televiziyasının rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun