Soyuqdəymədən necə qorunmaq olar?

29 Noyabr 2023 02:30

Soyuq mövsümdə başqalarından qrip və digər xəstəliklərə yoluxmamaq vacibdir. Soyuqdan, yoluxucu xəstəliklərdən qorunmağın müxtəlif yolları var.

Milli.Az lent.az-a istinadən bildirir ki, qripdən qorunmaq üçün C vitamini olan qidaları daha çox yemək lazımdır. C vitamini güclü antioksidantdır. İnfeksiyaya müqavimət göstərməyə imkan verən metabolik prosesləri aktivləşdirir. 

Virusun mənbəyi və daşıyıcısı xəstə insandır. Otağın tez-tez havalandırılması müxtəlif viruslara yoluxmanın qarşısının alınmasıdır. Havada virusların konsentrasiyasını azaldır.

Bu tədbirlər xəstəliyi yüngülləşdirir və onunla mübarizə aparmağa kömək edir, lakin effektiv şəkildə qarşısını almaq mümkün deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun