“ABŞ tarixinin ən zəif ordusuna sahibdir"

28 Noyabr 2023 16:34

"ABŞ tarixinin ən zəif ordusuna sahibdir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Alabama ştatının respublikaçı senatoru Tommi Tubervilla deyib.

O, buna səbəb kimi Prezident Cozef Bayden administrasiyasının uğursuz siyasətini göstərib.

Senatorun sözlərinə görə, ABŞ-nin Müdafiə Nazirliyi (Pentaqon) da bu məsələdə məsuliyyət daşıyır: "Bu bəladır. Ölkəmiz böyük bəla içindədir".

T.Tubervilla həmçinin Ukrayna və İsrailə hərbi yardımı tənqid edib: "Biz pulu sağa-sola xərcləyirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun