“Bunu il yarım ərzində 8 dəfə demişik” - Simonyan

28 Noyabr 2023 15:55

"Ermənistan üçün "Dağlıq Qarabağ" məsələsi mövcud deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

""Qarabağ məsələsi həll olunubmu? Nə deməkdir. Ermənistan üçün belə bir məsələ mövcud deyil. Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tam şəkildə tanıyıb. Biz yəqin ki, bu barədə son il yarım ərzində səkkiz dəfə danışmışıq", - deyə Simonyan qeyd edib. 

Onun sözlərinə görə, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun