Cadenza Contemporary Orchestra “Yaddaş#3: Terra Memoria” konsertini keçirəcək - FOTO

28 Noyabr 2023 15:50

Cadenza Contemporary Orchestra 30 noyabr saat 19:00-da Beynəlxalq Muğam mərkəzində növbəti konsertini keçirəcək. "Yaddaş#3: Terra Memoria" adlı konsertdə yaradıcılığı əsasən XX əsrin sonları XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsəri ifa olunacaq.

Qeyd edək ki, bu dəfə orkestrə rusiyalı Meri Çeminava dirijorluq edəcək. M.M.Çeminava Sankt-Peterburqda doğulub və musiqi təhsilini burada alıb. Bir çox nüfuzlu festivalların iştirakçısı olan dirijor Moskva Dövlət Konservatoriyasında (İ.A.Dronovun sinfində) "Opera və simfonik orkestrin bədii rəhbəri" ixtisası üzrə təhsil alıb. 2021-ci ildə Moskva Dövlət Simfonik Orkestrində dirijor köməkçisi kimi çalışmağa başlayıb.

Konsertə giriş sərbəstdir.              

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az