Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirdi

28 Noyabr 2023 11:35

Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyindən bildirilib.

Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.

Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.

Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun