"Çələkən" nefti BTC ilə nəql oluna bilər

28 Noyabr 2023 10:33

Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql oluna bilər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Dragon Oil GOTECH" şirkətinin kəşfiyyat və hasilat üzrə idarəedici direktoru, baş direktoru, direktorlar şurasının sədri Əli Rəşid Əl Carvan deyib.

"Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql etmək üçün potensial imkan var. BTC neft nəqli üçün yaxşı aktivdir. Bunu BTC vasitəsilə etmək imkanı yaxşı fikirdir. Yəni bu mümkündür", - o deyib.

Qeyd edək ki, hazırda BTC boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından xam neft və "Şahdəniz" yatağından kondensat nəql olunur. Bundan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan daneft və kondensat həcmləri nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun