Blinken Paşinyanla telefonla danışıb

28 Noyabr 2023 10:16

ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb. 

Tərəflər söhbət zamanı İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması imkanlarını müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun