Həbsxanaya hücum: 2 min məhbus qaçdı

28 Noyabr 2023 08:02

Syerra-Leonenin paytaxtı Fritaundakı həbsxanaya hücum olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Hücum nəticəsində həbsxanadan 1890 məhbus qaçıb, onlardan yalnız 23-ü geri qaytarılıb.

Paytaxtdakı iğtişaşlar zamanı 13-ü hərbçi olmaqla, 20 nəfər həlak olub.

Milli.Az