İsrailin müdafiə naziri: "Atəşkəsdən sonra Qəzzada genişmiqyaslı döyüşlər gedəcək"

28 Noyabr 2023 00:20

Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları genişmiqyaslı əməliyyatlara başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

"Atəşkəsdən sonra ordu Qəzza zolağında HƏMAS-a qarşı mübarizəyə daha böyük güclə qayıdacaq. Əməliyyat bütün zolaqda aparılacaq", - Y.Qalant deyib.

Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

Milli.Az