HƏMAS Qəzza sektorunda atəşkəsin eyni şərtlərlə uzadıldığını açıqlayıb

27 Noyabr 2023 23:45

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin mətbuat katibi Taher ən-Nunu atəşkəs razılaşmasının eyni şərtlərlə fəaliyyət göstərəcəyini açıqlayıb.

"Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür", - ən-Nunu deyib.

Milli.Az