Ermənistanın dövlət borcu 11 milyardı keçdi - FOTO

27 Noyabr 2023 20:31

2023-cü ilin 9 ayının nəticələrinə əsasən, Ermənistanın dövlət borcu 4 trilyon 454 milyard dram (11.3 milyard dollar) təşkil edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlət borcu 2023-cü ildə 9 ay ərzində 6,4 faiz artıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun