Bakıda güclü küləyin fəsadları - Xəsarət alanlar var

27 Noyabr 2023 15:40

Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət alıb.

Klinikin Tibbi Mərkəzə külək səbəbindən xəsarət almış 3 nəfər yerləşdirilib.

Bu barədə Mərkəzdən bildirilib.

Əlavə edilib ki, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub.

Qeyd edilib ki, mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun