Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Milli.Az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.
"Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam", - Anar qeyd edib.
Hazırkı sədr addımını belə izah edib: "Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm".
Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun