Türkiyədə dörd əsgəri ildırım vurdu - FOTO

27 Noyabr 2023 10:08

Türkiyədə Çanaqqala Boğazı və Qarnizon Komandanlığına ildırım düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, günboyu yağan şiddətli yağış və fırtınanın təsirli olduğu şəhərdə Çanaqqala və Qarnizon Komandanlığının ərazisinə daxil olan Nara burnunu ildırım vurub.

İldırım vurması nəticəsində dörd əsgər yaralanıb.

Əsgərlər xəstəxanaya yerləşdiriliblər və vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun