"Meta" korporasiyasının mətbuat katibi Endi Stoun Rusiyada axtarışa verilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında məlumat yer alıb.
"Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - məlumat bazasında deyilir.
Axtarışın hansı maddə ilə aparıldığı qeyd edilmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun