Ruslar SSRİ-ni yox, imperiyanı istəyir - Rinkeviç

26 Noyabr 2023 23:56

Bəzi rusiyalı rəsmilər Rusiya imperiyasını bərpa etməyi arzulayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, Latviya Prezidenti Edqars Rinkeviç Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenkonun sözlərini şərh edərkən deyib.

"Onlar Sovet İttifaqından danışmırlar, 19-cu əsr Rusiya imperiyasını arzu edirlər", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, E.Rinkeviç Rusiyanın Baltikyanı ölkələrə gələcək təcavüzə hazırlaşması barədə açıqlama vermişdi.

Milli.Az