Premyer Liqa: “Zirə” liderliyi əldən verdi

26 Noyabr 2023 20:50

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Milli.Az bildirir ki, son oyun Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası tura lider kimi girən "Zirə"ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu isə "Zirə"nin liderliyi əldən verməsinə səbəb olub.
Əvvəlki oyunlarda "Qarabağ" "Sabah"ı (2:1), "Qəbələ" "Turan Tovuz"u (4:0) məğlub edib, "Səbail" - "Kəpəz" (0:0) və "Neftçi" - "Araz-Naxçıvan" (1:1) matçları bərabərə yekunlaşıb.

Qeyd edək ki, Premyer Liqada XV turun oyunları 2-4 dekabr tarixlərində keçiriləcək.

Milli.Az