Cənubi Koreyanın kəşfiyyat rəisi istefa verdi

26 Noyabr 2023 16:18

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin rəhbəri Kim Kyu Hyun və onun iki müavini istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Kim Kyu Hyun, keçid dövründə təhlükəsizlik sektorunda əsas kəşfiyyat xidməti kimi LDC statusunu gücləndirdi. O, dost dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşlıq sisteminin yaradılmasına səy göstərib", - Cənubi Koreya Prezidentinin ofisindən bildirilib.

Kəşfiyyat Xidməti rəhbərliyinin istefasının səbəbləri, eləcə də bu vəzifəni tutacaq şəxslərin adları açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun