Məşhur müğənninin estetik əməliyyatlardan sonra gözləri yumulmur - FOTO

26 Noyabr 2023 15:44

Rusiyalı estrada ulduzu Valeri Leontyev ötən il ABŞ-a köçüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Mayamidəki evinə köçən artist uzun müddətdir jurnalistlərdən və fanatlarından qaçır.  

Çünki Rusiyadan köçməzdən öncə bir neçə konsert verəcəyini deyib,  konsert biletləri öncədən satılıb. O, pulları geri qaytarmadan "aradan çıxıb".

Leontyev Rusiya-Ukrayna müharibəsi barədə verilən suallara da cavab vermək istəmir.

Şayiələrə görə, onun maddi vəziyyəti xaricdə nəzərəçarpacaq dərəcədə pisləşib, lakin vətənə qayıtmağa tələsmir.

Zəhmətlə qazandıqları pulu bilet üçün verən vətəndaşlar artıq "Rospotrebnadzor"la əlaqə saxlasalar da, onlara bildirilib ki, bu vəziyyət biletlərin qaytarılmasını nəzərdə tutmur. 

Son məlumatlara görə, Leontyev üzünü gərdirmək və gənc görünmək üçün keçirdiyi son plastik əməliyyatdan sonra gözləri artıq yumulmur.O dəfələrlə plastik cərrahların bışağı altına yatıb.

İllər ərzində artistin üzünə vurdurduğu dolğu və gellər də öz fəsadını göstərməkdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun