“Cəhənnəmin 50 günü” nümayişində 100 minə insan iştirak etdi

26 Noyabr 2023 14:24

İsrailin paytaxtı Tel-Əvivdə şənbə günü on minlərlə insan HƏMAS tərəfindən tutulan bütün girovların azad edilməsi tələbi ilə "Cəhənnəmin 50 günü" adlı dinc nümayişə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Girovların yaxınları da İsrail Müdafiə Nazirliyinin yaxınlığındakı meydana toplaşıb. Nümayiş iştirakçılarının dediyinə görə, bu, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri ən böyük nümayiş olub. Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, aksiyada 100 minə yaxın insan iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun