Yenə İsrailə gedəcək

26 Noyabr 2023 13:49

Yaxın günlərdə ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri gözlənilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Blinken oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrailə hücumundan sonra yəhudi dövlətinə dördüncü dəfə gələcək.

Qəzetin yazdığına görə, dövlət katibinin səfəri gələn həftə baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun