Papanın vəziyyəti açıqlandı

26 Noyabr 2023 13:30

Roma Papası Fransiskə qrip diaqnozu qoyulduqdan sonra Aqostino Gemelli xəstəxanasında müayinə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Papa Fransisk kompüter tomoqrafiyasından keçib və onun ağciyərlərində heç bir ağırlaşma aşkar edilməyib.

"Ağciyərin ağırlaşmaları riski ilə bağlı testlər mənfi çıxdı və o daha sonra Vatikandakı iqamətgahına qayıtdı", - nəşr vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Papa Fransiskin yüngül qripə görə səhər görüşlərini ləğv etdiyi, bundan sonra müayinə üçün xəstəxanaya getdiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun