Daşqınlar 70 nəfərin həyatına son qoydu

26 Noyabr 2023 12:59

Keniyada noyabrın ortalarından bəri yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Keniya Prezidenti Uilyam Ruto verdiyi açıqlamada həddindən artıq yağışın səbəb olduğu daşqınlarda 70 nəfərin həyatını itirdiyini bildirib.

Fəlakətin yaratdığı dağıntılar səbəbilə "fövqəladə vəziyyət" elan etdiklərini bildirən Ruto, indiyədək on minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, bir çox bölgədə yolların dağıldığını qeyd edib.

Keniya Prezidenti təbii fəlakətdən zərər çəkənlərə kömək məqsədilə bütün bölmələrdə işlərin davam etdiyini bildirib və bunun üçün dövlət büdcəsindən 15 milyon dollar vəsait ayırıldığını söyləyib.

Qeyd edək ki, qonşu ölkə Somalinin bəzi bölgələrində 96 nəfərin həyatına son qoyan daşqınların ardından "fövqəladə vəziyyət" elan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun