Fransa miqrantların ümidinə qaldı

26 Noyabr 2023 12:43

Fransız sənaye şirkətləri yerli kadr çatışmazlığı səbəbindən yaxın 10 ildə müvafiq bacarıqlara malik əcnəbiləri işə götürməli olacaqlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa sənayesi üzrə məsul nazir-nümayəndə Roland Leskur bildirib.

"Yaxın 10 ildə sənayedə 1,3 milyona yaxın iş yeri açılacaq. Şübhəsiz ki, mühacirlərə müraciət etməli olacağıq", - o bildirib.

Nazir qeyd edib ki, ölkədə xüsusilə qaynaqçı və metal konstruksiyaların istehsalı üzrə mütəxəssislər çatışmır.

Leskurun qeyd etdiyi kimi, mütəxəssislər həm Avropada, həm də xaricdə axtarılmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun