Konsert zamanı izdihamda 4 nəfər öldü - FOTO

26 Noyabr 2023 10:57

Hindistanda konsert zamanı izdihamda 4 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Hindistanın cənubundakı Kerala ştatında konsert zamanı yaranan izdiham nəticəsində 4 tələbə ölüb, daha 60 nəfər yaralanıb.

Bu barədə NDTV telekanalı ştatın səhiyyə naziri Vin Corcuya istinadən məlumat yayıb.

İzdiham Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən konsertdə yaranıb. Tədbirə 2 mindən çox insan toplaşıb.

Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun