Avstriyada təyyarə qəzası: ölənlər var

25 Noyabr 2023 23:33

Yüngülmührəərikli təyyarənin Avstriya dağlarında qəzaya uğraması nəticəsində göyərtəsində olan 4 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qəza günorta saatlarında Yuxarı Avstriya federal əyalətində baş verib.

Hələlik polis həlak olanların kimliyi və qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib.

Milli.Az