Arvadını uşaqların gözü önündə amansızlıqla ÖLDÜRDÜ - FOTO

25 Noyabr 2023 17:52

Türkiyədə ər arvadını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Çankırı şəhəri Aksu məhəlləsində baş verib. 3 uşaq sahibi olan Y.G. ilə K.G. arasında naməlum səbəbdən münaqişə yaşanıb. Münaqişə zamanı Y.G. arvadını uşaqlarının gözü önündə bıçaqlayıb.

Uşaqların qışqırıqlarını eşidən qonşular təcili tibbi yardım və polisə xəbər veriblər. Hadisə yerinə gələn həkimlər qadının öldüyün müəyyən ediblər.

Cinayəti törədən ər isə saxlanılıb. Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun