Ukraynaya Rusiya Federasiyası ilə mübarizəyə təkan verəcək üç əsas qələbə lazımdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, ilk qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq:
"Birincisi, Konqres ilə bu problem asan deyil. Lakin Ukrayna yardımın olması üçün əlindən gələni etməlidir.
İkinci qələbə AB-nin dəstəyidir. O cümlədən, Ukrayna 50 milyard avro məbləğində yardım paketi əldə etməlidir. AB-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil.
Üçüncü qələbə isə Ukraynanın AB-yə gələcək üzvlüyü ilə bağlı dialoqun başlamasıdır.
Bu, döyüş meydanında canını verənlər üçün motivasiyaedici addımdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun