Bütün ehtiyatımızı Ukraynaya göndərmişik - Makqreqor

25 Noyabr 2023 12:11

ABŞ-da silah ehtiyatı demək olar ki, qalmayıb. Ehtiyatın böyük hissəsi Ukraynaya göndərilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

"Biz demək olar ki, bütün hərbi ehtiyatımızı, silah sistemlərimizi və sursatlarımızı Ukraynaya göndərmişik. Çox şeyimiz qalmayıb. Ukraynadakı müharibə məğlub oldu", - Makqreqor bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun