Keçmiş həyat yoldaşının toyuna basqın etdi - Ölən və yaralananlar var - VİDEO

25 Noyabr 2023 07:35

Türkiyənin Qaziantep şəhərində toyu olan qadının keçmiş əri və onun qohumları ziyafətin keçirildiyi ünvana gələrək silahla toy sahiblərinə atəş açıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, silahlı hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Hücumda həyatını itirən Murat Karan adlı şəxsin bəyin böyük qardaşı olduğu bildirilib.

Milli.Az