Əfqanıstanın bu ölkədəki səfirliyi bağlandı

25 Noyabr 2023 06:22

Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini tamam dayandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

"Əfqanıstan İslam Repsublikasının səfirliyi Yeni Dehlidəki diplomatik missiyasının daimi olaraq bağlanıldığını təəssüflə qeyd edir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Hindistan hökuməti Əfqanıstandakı Taliban hakimiyyətin tanımır. Buna baxmayaraq, hökumət Əfqanıstan səfirliyinin fəaliyyətinə icazə vermişdi.

Milli.Az