Milli ilə bağlı sual Qurban Qurbanovu ÖZÜNDƏN ÇIXARDI

24 Noyabr 2023 22:57

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yığma komandada baş məşqçi dəyişikliyi ilə bağlı suallara cavab verib.

"Qafqazinfo"nun məlumatına görə, o, əvvəlcə AFFA tərəfindən yaradılacaq işçi qrupu barədə düşüncələrini bölüşüb:

"Mən onlara tövsiyə verəcək səlahiyyətdə deyiləm. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunu ciddi deyirəm. Onsuz da İcraiyyə Komitəsinin işçiləridir, orda işləyən məşqçilərdir. Milli ilə bağlı mənə sual verməyin".

Milli.Az