39 fələstinli İsrail girovluğundan azad edildi

24 Noyabr 2023 20:33

Atəşkəs razılaşması çərçivəsində 39 fələstinli İsrail girovluğundan azad edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.

"Razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiqləyirik", - deyə bildirilib.

Qeyd edək ki, HƏMAS Tailand və İsrail vətəndaşları olmaqla, 25 nəfəri girovluqdan azad edib.

Milli.Az