Moskva bu tarixə qədər qarın altında qalacaq

24 Noyabr 2023 20:09

Moskvaya yağan qar çox güman ki, yaza qədər davam edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu proqnozu Moskva agentliyinə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand verib.

"Bu qarın yalnız yazda əriməsi ehtimalı yüksəkdir", - sinoptik bildirib. O əlavə edib ki, Tuşino meteoroloji stansiyasının məlumatına görə, hazırkı hündürlük 12 santimetrdir.

Noyabrın 24-də yüngül yağıntılar davam edəcək, ona görə də qarın qalınlığı artacaq.

Milli.Az