Paşinyan Rusiyanı ittiham etdi

24 Noyabr 2023 19:13

"Rusiya artıq ödənişini etdiyimiz silahları Ermənistana göndərməyib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

"Ödəniş müqabilində silah və texnikanın ölkəyə göndərilməməsi məsələsinə gəldikdə isə, əlbəttə, belə problemlər mövcuddur", - deyə Paşinyan qeyd edib. 

Onun sözlərinə görə, hazırda bu problemin həll edilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır: "Variantlar çoxdur. Məsələn, ödənilən məbləğ qarşılığında Ermənistanın Rusiyaya olan borcunun azaldılması".

O əlavə edib ki, Rusiyanın hazırda özünün silaha ehtiyacı var və buna görə də İrəvan müzakirələrin konkret nəticələr gətirəcəyinə ümid edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun