İnqrida Şimonite Ukraynada səfərdədir

24 Noyabr 2023 16:47

Litvanın Baş naziri İnqrida Şimonite Ukrayna paytaxtı Kiyevdə işgüzar səfərdədir.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə "X" səhifəsində bildirib.

"Bu gün Kiyevdə ilk dayandığım zaman bir millətin var olmaq və azad yaşamaq kimi ən fundamental hüquqları uğrunda həyatlarını fəda edən kişi və qadınları şərəflə yad elədim. Onlar hamımızı qorumaq üçün canlarını veriblər", - Baş nazir yazıb.

Onun Ukrayna rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Bir müddət əvvəl Baş nazirin səfərinin bir neçə gün davam edəcəyi bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun