Avstraliya dünyanın ən böyük quzu əti istehsalçısı və ixracatçısıdır. 2020-2022-ci illərdə hava şəraiti heyvandarlığın inkişafı üçün əlverişli olub. Burada fermerlər qoyunları pulsuz paylayırlar.
Milli.Az lent.az-a istinadən bildirir ki, bunun səbəbi ölkədə qoyun sayının həddindən artıq artmasıdır. Məhz bununla əlaqədar olaraq son bir ildə quzu ətinin qiyməti 75 faiz ucuzlaşıb, bəzi yerlərdə ətin 1 kiloqramının qiyməti 1 dollardan bir qədər çoxdur.
Müstəqil Avstraliya heyvandarlıq sənayesi tənzimləyicisi Ət və Heyvandarlıq Avstraliya (MLA), ölkənin qoyunların 2020-ci ildən bəri 23% artdığını və hazırda 78,7 milyonu keçdiyini təxmin edir ki, bu da 2007-ci ildən bəri ən yüksək səviyyədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun