AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb - 39 avrodan 199 avroyadək...

24 Noyabr 2023 09:10

24 noyabr 2023-cü il, Bakı - Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başladı.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər. AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir. Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun