Bərdədə evdə baş verən uçqunda ölən şəxsin kimliyi məlum olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin döşəmə hissəsinin çökməsi nəticəsində 22 nəfər xəsarət alıb bir nəfər isə ölüb.
Ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.
Qeyd edək ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib. Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar. Qəflətən döşəmə çöküb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun