Alt qonşu üst mərtəbədəki 5 nəfəri öldürdü - Qeyri adi səbəb - FOTO

23 Noyabr 2023 18:10

Ankarada səs-küy saldıqlarını iddia edərək yuxarı qonşularının evinə tüfənglə girən şəxs eyni ailədən ikisi uşaq olmaqla 5 nəfəri qətlə yetirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətə şahid olan ailənin qonşusu "Hücum edən şəxsin davamlı olaraq "onları silahla öldürəcəm" deyərək hədələdiyini deyib.

İddialara görə o, üst qonşu ilə zibil üstündə bir neçə dəfə mübahisə edib.

Nəticədə onların 4-ü hadisə yerində, 1-i isə xəstəxanada ölüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun