HƏMAS-a öldürücü zərbə: Məhv edildi

23 Noyabr 2023 15:04

İsrail ordusunun təyyarələri son 24 saat ərzində Qəzzada HƏMAS-ın 300-dən çox hədəfini vurub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

SAXAL bu müddətdə Fələstin qruplaşmasının Qəzzadakı hərbi komandanlıq mərkəzlərini, yeraltı tunellərini, silah anbarlarını, silah istehsalı zonalarını və tank əleyhinə raket buraxılış məntəqələrini məhv edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun